
SIĞIRÇIis. Mal-qara çobanı; naxırçı. [Sona xanım:] ..Xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürəm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. M.F.Axundzadə. Bizim qarabaş qız sığırçımızı oyadırdı. A.Divanbəyoğlu. Gəlir cənazəsi Hacının kəndə; Çoban, sığırçılar dağda, çəməndə; Baxırlar uzaqdan qanlı karvana. H.K.Sanılı.
Paylaşın - Hamı bilsin
|