İzahlı lüğət

SİLAHLANMAQ

f . 1. Özünü silahla təmin etmək, özü üçün silah tədarük etmək, silahlı hala gəlmək; yaraqlanmaq. [Kəndli Sultan ağaya:] ..Əgər bizə mərhəmət eyləsən və izin versən, bu saat atlara minib, silahlanıb karvanın qabağını kəsərik. C.Məmmədquluzadə. Onun mübarizə apardığı düşmən, təpəsindən dırnağına qədər silahlanmışdır. M.S.Ordubadi. Geyib əsgər paltarını, silahlandı qəhrəman. S.Vurğun.
2. Hər hansı bir iş üçün lazımi vasitələr, materiallar və s. ilə özünü təmin etmək. Neft sənayesi qabaqcıl texnika ilə silahlanmışdır. // məc. Hər hansı bir iş üçün lazım olan bilikləri, məlumatı və s. əldə etmək. Qabaqcıl nəzəriyyə ilə silahlanmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed