
SİLAHLIsif. Silahı olan, silah daşıyan, əlində, üstündə silah olan, silaha sarılmış. Silahlı dəstə. - Ucqar stansiyalarda.. şuluqluq salan silahlı hərbçilərə rast gəlmək olur. Ə.Əbülhəsən. // Hərbi əməliyyat, hərbi toqquşma, əldə silah ilə aparılan, icra edilən. Silahlı hücum. Silahlı üsyan. Silahlı mübarizə.
Paylaşın - Hamı bilsin
|