İzahlı lüğət

SİLİNMƏK

məch. 1. Yuyularaq, sürtülərək və ya silinərək təmizlənmək. Stollar, pəncərələr silinmişdir. - Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Mir Cəlal.
Pozulmaq, görünməz olmaq, silinib getmək, silinib yox olmaq. Divarın naxışları silinib. Abidənin yazıları silinmişdir. - Bunlardan aşağı bir pəhləvan çəkilib, boğuşan şirlərə tamaşa edirdi. Yağmurdan şirlərin birinin quyruğu silinib yox olmuşdu. Çəmənzəminli.
qayıd. Öz bədənini, əlini-üzünü və s.-ni silmək; qurulanmaq. Xidmətçi əlində aftafaləyən içəri girdi. Mərsiyəxan əllərini yuyub silindi. Çəmənzəminli. Bədən yaş dəsmalla yuxarıdan aşağıya doğru silinməlidir. “Səhər gimnastikası” .
məc. Unudulmaq, yaddan çıxarılmaq; yox olmaq, silinib getmək, izi qalmamaq. [İskəndər:] Ad-sanım dünyada bilinsin gərək! Fatehlər tarixdən silinsin gərək! A.Şaiq. Eşqin ürək yaxan hicranı da var; Fəqət casus kimi gəzən qanunlar; Tarixdən silinib getdiyi zaman; Azad bir eşq ilə güləcək insan. S.Vurğun. Yenə də Lətifə Tahirin təsəvvüründən silinib getmirdi. M.Hüseyn.
məc. Çəkilmək, görünməz olmaq, yox olmaq. Hər iki qızı daha da məlahətli göstərən xəfif təbəssümlər heç birinin üzündən silinmirdi. M.Hüseyn. Rəhimlinin qıyıq gözlərindən silinməyən (f.sif.) təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed