
SİLİST[rus.] dan. İstintaq, dindirmə, sorğu-sual. [Hacı Qara:] Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. M.F.Axundzadə. Tahirzadə cibindəki son manatı Məşədi ismayıla verib silistdən qurtarmış kimi sevincək və cəld məscid həyətindən çıxdı. Mir Cəlal. □ Silist etmək dindirmək, istintaq etmək, sorğu-sual etmək, sorğu-suala çəkmək. ..Təəccüb budur ki, hamı silist edənə deyib ki, ..bəy tək olub, onun yoldaşı olmayıb. N.Vəzirov. [Hacı Murad:] indi durub mənnən silist edəcəkdir. S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|