
SİLKƏLƏNMƏK1. “Silkələnmək”dən məch.
2. qayıd. Atılıb-düşmək, yırğalanmaq, o tərəf-bu tərəfə tərpənmək. Maşının üstündə bir qız dayanmışdı, hey o yan-bu yana silkələnirdi. M.İbrahimov. Arabanın təkəri yolun çuxur yerinə düşdükdə araba bərk silkələndi. Ə.Vəliyev. Maşında adam az olduğundan .. silkələnir(di). Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|