İzahlı lüğət

SİLSİLƏ

is. [ər.] 1. Keçmişdə qadınların başlarına taxdıqları bir-birinə keçirilmiş halqalar, piləklər şəklində bəzək, zəncirə. Bir də görərdin ki, dövlətli qadın .. başına qızıl cütquqabağını bağladı. Onun üstündən cərgə gül, qızıl silsiləsini, həmailini bağladı.. H.Sarabski. // Zəncir.
2. Bir-birinə bitişərək sıra təşkil edən şey. Dağ silsiləsi. - Silsilə dağlarından axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq. Silsilə dağlartək durub yan-yana; Bakının bəzəyi neft buruqları. S.Rüstəm. Bir azdan.. silsilə ilə görünən qum təpələri.. işığa qərq oldu. S.Rəhman. // Sıra dağlar. Dağ silsiləsi. - Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dörd yandan əsər. S.Vurğun. □ Silsilə kimi - sıra ilə, bir-birinin yanında, zəncir kimi. Klavişlərin silsilə kimi düzülmüş bütün cərgəsinə klaviatura deyilir. Ə.Bədəlbəyli.
Şəcərə, nəsil. Üçüncü otağın divarlarında iranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. M.F.Axundzadə. [Mehrəli bəy:] Ədil bəy, mənim silsiləmdə .. mehtər olmuş şəxs yoxdur. S.S.Axundov. Nəslimizin qırılmaz silsiləsi onun qoynunda qüvvət alıb gələcəyə yol açmışdır - o, ədəbi və yaradıcı bir anadır. Ə.Məmmədxanlı. // Zümrə, təbəqə.
məc. Bir şeyin ardıcıl sırası. Xəlqilik böyük sənətkarın [C.Məmmədquluzadənin] xüsusən əsərlərinin surətlər silsiləsinə öz damğasını basmış, qabarıq və parlaq çıxmasına kömək etmişdir. M.İbrahimov. indi o, fikir silsiləsinin qırıldığını görürdü. Ə.Əbülhəsən. // Seriya. Tənqidçinin jurnalda dərc etdirdiyi silsilə məqalələri.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed