
SİLSİLƏCÜNBANis. [ər. silsilə və fars. cünban] zar., köhn. Bir məclisi idarə edən, bir dəstənin irəlidə gedəni; başçı. [Naşadın atası] ..məhərrəmlikdə məhəllə məscidində “silsiləcünban” olmuşdu. Ə.Hüseyn. Əhvalat vaqe olur məsciddə, camaat oturub sinələri açıq, .. silsiləcünban hacılara çay verir. M.Əliyev.
Paylaşın - Hamı bilsin
|