İzahlı lüğət

SİMFONİYA

[yun. symphonia - ahəngdar] Orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən, adətən 3-4 hissəli böyük musiqi əsəri. Bu gün çaldığı əsər [Səlbinin] “Azad insan” simfoniyası idi. M.Hüseyn. Bax! Hər yandan səs gəlir; Simfoniyalar yüksəlir. M.Dilbazi. // məc. Çoxlu müxtəlif səslərin, rənglərin, tonların ahəngi, ahəngdar birliyi. Sanki simfoniyadır bu gözəl ahəng; Neçə sim üstündə o qurulmuşdur. S.Vurğun. ..[Ağbulaq meşələrinə] toplanıb gələn saysızhesabsız bülbüllərin ahəngdar nəğmələri bir simfoniyanı təşkil edirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed