
SIMSIQ, SIMSIRIQsımsığına dəymək bax damağına dəymək (“damaq” da).
[Xurşid:] Srağagün [Gülsabah] orada oturmuşdu, mən də .. çıxdım getdim. Bu [Gülsabahın] sımsığına dəyib. C.Cabbarlı. Sımsığını (sımsırığını) sallamaq - bax qaş-qabağını sallamaq (“qaşqabaq” da). [Cəbi:] O arvaddan həzər etmək gərək, hansı ki əri evə gələndə sımsığın sallaya.. N.Vəzirov. Tapdıq sımsırığını salladı, bir müddət küsdü. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|