İzahlı lüğət

SİMVOL

[yun. symbolon] Hər hansı bir anlayışın, ideyanın şərti əlamətini ifadə edən işarə; rəmz. Göyərçin sülh simvoludur. Gənclik cəsarət simvoludur. - Gözəl Əlhəmra sarayları, həqiqət və mərdlik simvolu olan Madrid tar-mar edilirkən .. bəşəriyyət Münhen oyununun şahidi oldu. M.İbrahimov. Sevil Gülüşün köməyilə əsarətin simvolu olan çadranı Balaşın üzünə çırpıb evdən çıxır. M.Arif. // ədəb. Hər hansı fikri, duyğunu, hissiyyatı ifadə edən bədii obraz. Sevgi simvolu. Xalq qüdrətinin simvolu. Qəhrəmanlıq simvolu. // xüs. Hər hansı bir elmdə qəbul olunmuş kəmiyyətin şərti işarəsi, rəmzi. Kimyəvi elementlərin simvolu. Kristalloqrafiya simvolları.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed