İzahlı lüğət

SINAQ

is. Sınama işi, imtahan. Söhbətin bu yerində mən sınaq üçün xalça üstündə oynayan qızı çağırdım. S.Rəhimov. [Əlikram:] Səlim, ..bilirsən ki, yaradıcılıq böyük sınaqlar tələb edir. B.Bayramov. □ Sınaqdan keçirmək - sınamaq, yoxlamaq, imtahandan keçirmək. Varaz oğlunun da cəsarətini bəyəndi, amma onu daha çətin bir sınaqdan keçirmək istədi. M.Hüseyn. [Fərrux] mollanın ağzını yoxlamaq, sınaqdan keçirmək üçün tədbir tökürdü. Ə.Vəliyev. Sınaqdan (sınaqlardan) keçmək (çıxmaq) - yoxlanmaq, sınanmaq, imtahandan keçmək. Bu rota böyük sınaqlardan çıxmışdı. S.Vəliyev. Həyat yolunda, yaxşılıq uğrunda bütün sınaqlardan keçməyə hazıram, sevincdən üz döndərmirəm, qəm-qüssədən qorxmuram. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed