
SİNƏDƏFTƏRsif. və is. [fars. sinə və ər. dəftər] Yaddaşı, hafizəsi möhkəm olan; çox bilən, ürəyində çox sözü olan, hazırcavab. [Mürsəl:] Dədə, deyirlər Turaclıda sinədəftər kişilər olub. Ə.Vəliyev. [Aşıq Valehin] gəncliyi gözəllərin həsrəti ilə yanmış, sinədəftəri qapanmış, səsindəki şux təranələr susmuşdu. Ə.Məmmədxanlı. // Hafizə, yaddaş. Çox şairlərin əşarı [Mirzə Səfərin] sinədəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü rus dilinə tərcümə edərdi. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|