
SİNİis. Misdən, bürüncdən və s.-dən qayrılmış böyük, dəyirmi, dayaz qab. Çörəyi siniyə qoymaq. Siniyə plov çəkmək. Şamları sininin ətrafına düzmək. - [Kərbəlayı Cəfər] ..naəlac qalıb getdi, süfrəni açdı ortalığa, bir az quru çörək doğradı siniyə.. C.Məmmədquluzadə. Hənifə qazanı içəri gətirib yerə qoydu, ətəyilə sininin üstünə tökülmüş külü sildi. İ.Hüseynov.
Paylaşın - Hamı bilsin
|