
SINIXMAQf . Zəifləmək, arıqlamaq, ətini tökmək, üzülmək, ərimək. Kiçikbəyimin .. solğun çöhrəsi sınıxmışdı və dərin bir kədər saçırdı. Çəmənzəminli. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının zəlalətini görüb günü-gündən sınıxırdı. C.Cabbarlı. [Çəpəl:] Qız, bu nə gündür, sınıxıb əriyibsən? Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|