
SİNOVsinov getmək dan. - bir şeyin tamarzısında, həvəsində, həsrətində olmaq. Belə şeyləri dirigözlü divanın ovcuna qoymaqdan ötrü, baxırsan ki, Göyərçin apaşkar sinov gedir. S.Rəhimov. [Tahir Səməndərə:] Ancaq qızdan nahaq əl çəkdin, görmürdün, oynamaq üçün sinov gedirdi? M.Hüseyn. [Mirzə Qərənfil:] Təqsir səndədir. Qızlar var ki, sənin üçün sinov gedirlər. Sən onları gözüyaşlı qoyub dağa-daşa əl atırsan. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|