İzahlı lüğət

SİPƏR

is. [fars.] 1. Qalxan. Sipəri üzünə tutmaq. - Dövlətşin başını döndərdi və heç bir məna anlatmayan, donuxmuş gözlərini sipərə zillədi. Çəmənzəminli.
2. Qoruyucu vasitə kimi istifadə edilən hər cür şey, qurğu və s. Yurdumuzun solu, sağı; Hər qaya bir sipər bizə. A.Şaiq. □ Sipər etmək - qorunmaq üçün qabağa vermək. [Mehriban] başını sağ tərəfinə əyərək iki əlini qarşısına sipər edib qışqırmağa başladı. S.Hüseyn. // İstehkamda əsgəri düşmən mərmisindən və s.-dən qoruyan sədd, xəndək və s. // tex. Qoruyucu, pərdə. Elektrotutucunun sipəri. Qurğuşun sipər.
□□ Döşünü (köksünü, sinəsini) sipər etmək (qılmaq) - mərdcəsinə, qorxmadan müqavimət göstərmək, köks gərmək, özünü qabağa vermək, sinə gərmək. Zakirəm, sinəmi sipər bəlaya; Qılmışam, at oxun, pənah xudaya. Q.Zakir. [M.F.Axundzadə:] Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed