İzahlı lüğət

SİR-SİFƏT

is. Üz, sifət, üz-göz. Bir onun sir-sifətinə bax. Sir-sifəti qızarmaq. - [Səfdərin arvadı:] Sir-sifətlərini boyamaq [Zivərgilin] heç yadlarından çıxmır. S.Vəliyev. Səməd diqqətlə .. nə sir-sifətində, nə də xasiyyətində heç bir dəyişiklik olmayan Yusifə baxdı. İ.Hüseynov. // Üzün ifadəsi. Sir-sifətindən görünür... Sir-sifətindən bəllidir... - [Hacı Bayram:] Sir-sifətindən kamallı oğlana oxşayırdı. Ə.Haqverdiyev.
□□ Sir-sifətini turşutmaq (yığmaq) - bax qaşqabağını sallamaq (turşutmaq, tökmək). Alməmmədov indi də ağzında acı bir şey varmış kimi sir-sifətini yığıb tamsınatamsına stolun qırağındakı düyməni basdı. B.Bayramov. [Məmməd] nə üçünsə sir-sifətini turşudub üzünü yana çevirdi. V.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SAR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed