SIRAVİsif. Rəhbər işdə olmayan, başqalarından fərqlənməyən; adi. Sıravi fəhlə.
Mollayev tək-tək nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi. M.Hüseyn. [Bənövşə:] Sən burada sıravi mühəndis də işləmək istəmirsən? S.Rəhman. // Komanda heyətinə mənsub olmayan, adi. Mən sıravi bir əsgərəm xoşbəxt ana Vətənimdə. S. Rüstəm. Az bir müddətdə bütün orduda yüzlərlə sıravi .. əsgər komanda heyətinə irəli çəkilmişdir. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|