
SIRIQLI1. sif. Sırıq vurulmuş, sırıq atılmış. Sırıqlı paltar. - [Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, bir də döşü sırıqlı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov. [Əsgər bəy] sarı, ipək arxalığının sırıqlı boğazının cılıqqalarını açdı. Ə.Vəliyev.
2. is. Gödəkcə, candonu. Sırıqlı tikdirmək. Şofer əynindəki sırıqlını çıxarıb [Aydının] dalınca qışqırdı. H.Seyidbəyli. [Firəngiz Şahinə:] Əgər sən üşüyürsənsə, götür sırıqlını gey... B.Bayramov. Paylaşın - Hamı bilsin
|