SISQAsif. Cılız, çox zəif, çox arıq. Səttar kişinin yanında oturan topsaqqal, amma buradakıların hamısı kimi sısqa bir kişi sözə qarışdı. Ə.Əbülhəsən. [Qəndab:] Onların yanında doğrudan da sısqa uşağa oxşayırdım. B.Bayramov. // Məc. mənada. Payızın sısqa yağışını da, çillənin amansız soyuğunu da eyni həvəslə təriflərdi. M.Ibrahimov. Suçular əkini dərin şırımla və sısqa axınla suvardılar. Ə.Vəliyev. Bir az yuxarıda üstünü xəzəl basmış, lakin nazik budaqlarını göyə uzadan, yaşamaq istəyən sısqa kollar görünür. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|