İzahlı lüğət

SİTAYİŞ

is. [fars.] Pərəstiş, tapınma; dərin ehtiram, hörmət. □ Sitayiş etmək - 1) ibadət etmək, pərəstiş etmək, tapınmaq, ilahiləşdirmək. Hələ tarixi-miladidən çox-çox əvvəl atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim babalarımız bir sıra atəşgahlar qurub, oda sitayiş edərlərmiş. M.Hüseyn. Deyirlər, Hindistanda indi də öküzə sitayiş edən tayfalar var. M.Rzaquluzadə; 2) bir şəxsi və ya bir şeyi pərəstiş dərəcəsində sevmək, dərin ehtiram əlaməti olaraq qabağında səcdə etmək, pərəstiş etmək, məftun olmaq. Bax, mən səni bu saat başa salım; bax, bu evdə üç qisim kitab var, biz üç qardaş bunlara sitayiş edirik. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed