İzahlı lüğət

SIX

sif. 1. Ağacları, budaqları, yarpaqları və s. bir-birinə çox yaxın, bitişik. Sıx meşə. Sıx kol. Sıx çəmən. - ..Dərələrində adamboyu qalxan sıx, ətirli otlar bitən bu yerləri körpəlikdən sevirdi. İ.Hüseynov.
Qalın, gur, yoğun. Sıx hörüklər. - Natiq sadə fəhlə paltarı geymiş, papağını əlinə almışdı. Onun sıx saçları uzanıb boynunun ardına sarı tökülmüşdü. M.Hüseyn. Füzuli çataraq sıx qaşlarını; Leylinin eşqinə saldı Məcnunu. S.Vurğun.
zərf Bir-birinə yapışmış, çox yaxın. Cərgədə sıx durmaq. Şeyləri sıx qoymaq. // sif. və zərf Bir-birindən ayrılmaz, yaxın, əlaqəli (bəzən “sıxı” şəklində işlənir). Sıx əlaqə. - ..Arasında sıx bir rabitə vardı. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed