
SIXINTIis. 1. Çətinlik, qısıntı, yoxsulluq, ehtiyac, korluq, güzəran ağırlığı. [Əmrah] başdan-ayağa sıxıntı, fəryadla yoğrulmuş bir həyatdan küsməkdə haqlı idi. M.Hüseyn. Durnanın uşaqlığı sıxıntı içərisində keçmişdi. Ə.Sadıq. □ Sıxıntı çəkmək - 1) maddi cəhətdən çətinlik çəkmək, korluq çəkmək, ehtiyac içində olmaq. Min sıxıntı çəkirsən, güzəranın ağırdır; Dərdini eşitməyir tanrın, niyə, sağırdır? N.Rəfibəyli; 2) əzab çəkmək, əziyyət çəkmək. [Aydəmir İnciyə:] İstəmirəm sən mənimçin bir sıxıntı çəkəsən, sənin adın çəkilsin. C.Cabbarlı.
2. Darısqallıq nəticəsində duyulan narahatlıq. Ailə bir otaqda sıxıntı içərisindədir. - [Kənd məktəbinin müəllimi:] Sizin evdə [müəllim] sıxıntı çəkər. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|