
SİYAHIis. [fars.] Üzərində sıra ilə adlar sadalanmış, yazılmış kağız və s. Şagirdlərin siyahısı. Kitabların siyahısı. Evlərin siyahısı. Seçicilərin siyahısı. - [Məhərrəm bəy:] ..Atamın siyahı dəftəri əlimə düşdü. S.S.Axundov. Qonaqların siyahısı otuz nəfərə çatanda Tərlanovun arvadı deyinməyə başlamışdı. H.Seyidbəyli. □ Siyahı tutmaq - bir-bir, sıra ilə adları kağız üzərində yazmaq, sıralamaq. Kitabların siyahısını tutmaq. Gələnlərin siyahısını tutmaq. Siyahıya almaq (vurmaq, götürmək) - bax siyahı tutmaq. [Oğlan:] Varlıların, tacirlərin, mülk sahiblərinin varyoxlarını siyahıya vurub əllərindən alıblar. Ə.Haqverdiyev. [Nuriyyə:] Balaca bir kataloq düzəltmək üçün kitabları yenidən siyahıya aldım. İ.Əfəndiyev. [Məmməd İsmayılov:] Elə isə, Murad, götür siyahıya, Hüseyn Xələfov. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|