
SİYASƏTÇİis. 1. Siyasət məsələləri ilə məşğul olan adam, siyasi xadim. Uzaqgörən siyasətçi. Tərəqqipərvər siyasətçilər. - [Dilara Bəhruza:] Mən nə mübariz, nə də siyasətçiyəm, əzizim! Ə.Məmmədxanlı. // isteh. Siyasət məsələləri ilə çox maraqlanan, siyasətdən dəm vurmağı sevən adam.
2. dan. Çox məharətlə iş görən, bic, fəndgir, hiyləgər adam haqqında. Yaman siyasətçidir. Paylaşın - Hamı bilsin
|