İzahlı lüğət

SİYRİLMƏK

f . 1. Dərisi soyulmaq, dərisi qopmaq. Yerə dəyib dizi siyrildi. // Sürtünüb getmək, yeyilmək. Əyilmiş çəkmənin nalı, dabanı; Siyrilib papağın o yan-bu yanı. H.K.Sanılı.
Qınından çıxarılmaq. Qılınclar siyrildi. Sürüşmək, sürüşüb düşmək. ..Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçları ilə oynayırdı. Ə.Əbülhəsən.
Bir şeyin arasından, altından görünmək, bir şeyi yararaq çıxmaq. Kələ-kötür ocaq daşlarının arasından siyrilən (f.sif.) qırmızı dilli alov gecənin qaranlığını yararaq nəhayətsiz səhrada itirdi. M.İbrahimov. Üçgünlük ay bulud bölüyünün altından siyrilib çıxırdı. B.Bayramov.
Açılmaq, aralanmaq. Buludun pərdəsi siyrildi bir az. R.Rza. Oyan, bu yatdığın yuxudan oyan! Siyrilsin pərdələr, açılsın müşkül. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed