
SIZMAQf . Bir şeyin arasından, məsamələrindən yavaş-yavaş, damcı-damcı sızıb çıxmaq, keçmək, dammaq (mayelər haqqında). Qayığa su sızır. Divarlardan su sızır. - Bu dərə başdan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibindən su sızırdı. A.Şaiq. Qayalardan göz yaşı kimi şəffaf sular sızırdı. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|