İzahlı lüğət

SKAMYA

[rus.] Üstündə oturmaq üçün
dayaqlar üzərində düzəldilmiş söykənəcəkli kürsü. Bir ağacın altında skamyanın üstünə; Qəzet salıb oturmuş bir gözəl sarışın qız. S.Rüstəm. ..Fəridə Zərifə ilə bulvarda, skamyada əyləşmişdi. S.Vəliyev.
□□ Məktəb (institut və s.) skamyasında hələ məktəbdə (institutda və s.-də) oxuyarkən, oxuduğu zaman. Məktəb (institut və s.) skamyasından - məktəbi (institutu və s.-ni) qurtaran kimi. Müttəhimlər skamyası məhkəmə salonunda müttəhimlərin oturması üçün ayrılmış yer. Müttəhimlər skamyasında oturmaq - məhkəməyə düşmək, məhkəmədə işinə baxılmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed