İzahlı lüğət

SOĞAN

is. Bostan bitkisi və bu bitkinin lüləşəkilli yeməli yarpaqları və qat-qat qabıqlardan ibarət kökü. Baş soğan. - Soğan da meyvə cərgəsinə keçdi. (Məsəl). Bir dəqiqə əvvəl soyulmuş soğanın acısından [Xavəmisənin] gözləri yaşarmışdı. T.Ş.Simurq.
□□ Soğan (qabığı) kimi soyulmaq - varyoxu tamamilə əlindən çıxmaq və ya əlindən alınmaq; müflisləşmək. Onlar qarşılarında, əsir düşəndə soğan qabığı kimi soyulan və qılınc yaraları altında əsir düşən qızı deyil, qaragözlü bir Bağdad gözəlini gördülər. M. S.Ordubadi. [Məşədi Məmməd:] [Qazı] mənə bir dil tökdü, yazdı, verdi. Soğan kimi soyuldum, gəldim. R.Əfəndiyev. Soğan kimi qabığını soymaq - bütün var-yoxunu əlindən almaq. Kefinə (ovqatına) soğan doğramaq - bax kef. Saqqala soğan doğramaq - bax saqqal. Ürəyi soğan kimi soyulmaq - bax ürək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed