İzahlı lüğət

SÖKMƏK

f. 1. Qurulmuş bir şeyi uçurtmaq, dağıtmaq, yıxmaq. Hasarı sökmək. Köhnə evi söküb təzəsini tikdilər. - Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər. C.Məmmədquluzadə. Kəblə Israfil iki atlını evin dalında qoymuşdu ki, Bəndalı damı söküb arxadan qaçmasın. Mir Cəlal. // Qurulu bir şeyi hissələrinə ayırmaq. Maşını sökmək. Cihazı sökmək. Tikişini açmaq. Döşəyini söküb paketi yunların arasına soxdu. H.Nəzərli.
Xam torpağı işləmək, açmaq, qaldırmaq. [Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. Ə.Məmmədxanlı. Kotan yeri sökən kimi, Nəcəfalı qarda şırım aça-aça getdi. B.Bayramov.
İşıqlaşmaq, işıqlaşmağa başlamaq; işıqlandırmaq. Oyadır səhər-səhər; Quşlar məni yuxudan; Elə bil ki, mənimçin; Yenə sökür qızıl dan. N.Xəzri. Sarımtıl fişəng işığı yanvar gecəsinin qatı qaranlığını sökərək, yuxarı qalxdıqca zülmət seyrəlir. Ə.Əbülhəsən.
məc. Parçalamaq, dağıtmaq, məhv etmək (bu mənada bəzən “söküb-dağıtmaq” şəklində işlənir). Zahirdi qəmzənin cigər sökməyi; Can almağı, nahaq qanlar tökməyi. Q.Zakir. [Qız:] Vərəm ciyərlərimi sökübdağıtdıqca qüvvədən düşdüm. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed