
SÖKÜKsif. 1. Sökülmüş, uçulmuş, dağılmış halda olan. Sökük divar. Sökük döşəmə. Sökük daxma. - O zaman kolxoz idarəsi iki otaqdan ibarət köhnə və yan-yörəsi sökük bir binada yerləşirdi. M.İbrahimov. [Cinayətkar adamlar] ..dar dalanlar, sökük hasarlar, ucqar məhəllələr, kimsəsiz səhralar axtarır, öz çirkin işlərini belə yerlərdə görürdülər. H.Seyidbəyli. // is. Binanın və s.-nin sökülmüş yeri. Evin sökükləri görünür. Divarın söküklərini təmir etmək.
2. Tikişi, sapı, hörgüsü açılmış, sapı qaçmış. Sökük xalça. Sökük papaq. Sökük ətək. [Mürsəl:] ..Sınıq qələm, sökük zənbil heç kəsin evində yoxdur. Mir Cəlal. // is. Paltarın və s.-nin tikişi, sapı açılmış yeri. Paltarın söküyünü tikmək. Corabın söküyünü gözəmək. Paylaşın - Hamı bilsin
|