İzahlı lüğət

SÖKÜLMƏK

f 1. Tikişi açılmaq. Paltarımın qolu sökülüb. Paltonun astarı sökülüb.
Ələsgər, ağlayır qızlar, arvadlar; Söküldü döşəklər, yorğan qalmadı. Aşıq Ələsgər.
məch. Uçurulmaq, dağıdılmaq (qurulu bir şey). Çal-çəpər sökülüb dağılmışdı. Malqara sürtünüb bəzi ağacların tənəyini salmışdı. B.Bayramov. // Məc. mənada. [Məşədi ibad:] Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim? Ü.Hacıbəyov.
İşıqlanmaq, açılmaq (adətən “üfüq” , “şəfəq” və s. sözlərlə). Dan yeri söküləndə; Zülf üzə töküləndə; Şeh düşmüş gülə bənzər; Ağ üzdən öpüləndə. (Bayatı). Yolda açdım səhəri; Üfüq üzümə güldü; Qızıl donlu dan yeri; Gözlərimdə söküldü. Ə.Kürçaylı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed