
SONCUQis. Təpik, şıllaq. □ Soncuq atmaq - bax soncuqlamaq. Öküz soncuq atır. // Tərslik eləmək, deyilənə qulaq asmamaq. Gülsənəm arvad oğlunun sözlərindən bir az da əsəbiləşdi: - Eh, qurbanın olum, - dedi, sevir sevsin, mən demirəm ki, onlar da düşmən olsun, amma sevməyin də bir təhəri var axı. Daha bundan ötrü niyə soncuq atır? M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|