İzahlı lüğət

SÖNMƏK

f . 1. Keçmək (yanan şey). Ocaq söndü. Lampa söndü. - ..Ocağın alovu sönüb tamam olurdu. A.Divanbəyoğlu. [Pəncərə] şairin pəncərəsi idi ki, yalnız sübhə yaxın ağ vərəqlərin rəngi sarıya çalanda onun çırağı sönərdi. Ə.Məmmədxanlı.
Qaralmaq, işığı kəsilmək. Daş əriyər, günəş sönər; Çıxmaz o gün yaddaşımdan. R.Rza. Səhər ovuna gecikməmək üçün hələ ulduzlar sönməmiş evdən çıxdıq. M.Rzaquluzadə.
məc. Sakitləşmək, azalmaq, zəifləmək. Ər-arvad ixtilafı nəinki sönmür, daha da alovlanırdı. Mir Cəlal.
Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: şam kimi sönmək, ümidi sönmək, ocağı sönmək və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed