İzahlı lüğət

SONRA

1. zərf Bir işin, hadisənin baş verməsində zaman ardıcıllığı göstərən zaman zərfi. Əvvəlcə müəllim, sonra uşaqlar danışdı.
Qonaq əvvəlcə Bayramla, sonra da Məşədibəylə vidalaşıb çıxdı. M.Hüseyn. On beş gün sonra aparılan işlərin ilk nəticəsi yoxlandı. H.Seyidbəyli.
qoş. Arxasınca, ardınca, dalınca. Məndən sonra kimdir? Hamıdan sonra gəlmək. Saat 2-dən sonra. Yağışdan sonra gün çıxdı. Uşaqlar dağılışdılar və xanım da ancaq bundan sonra eyvandan otağa çəkildi. P.Makulu. □ Bir azdan (qədərdən) sonra - azacıq sonra, az, aradan çox keçməmiş. Bir qədərdən sonra qapı açılır. U.Hacıbəyov. Bir azdan sonra dəmirçi Musa gəlib çıxdı. M.Hüseyn. Bundan sonra - bundan belə, bir də, daha, artıq. Bundan sonra belə işlər etmə. Bundan sonra gözümə görünmə. // Yoxsa, əks təqdirdə. Ora getmə, sonra özün peşman olarsan.
Bir də, ondan başqa, yenə, habelə. Sonra, canım sənə desin...
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed