
SONRADANzərf Sonra, axırda, nəhayətdə, nəticədə, aqibətdə; bir müddət, bir az keçəndən sonra. Məsələni sonradan başa düşdü. Sonradan peşman olmaq. Sonradan ağlına gəlmək. - [Kərəm:] Səgrəqibin fitnəsinə inandım; Firqət nə olduğun sonradan qandım. “Əsli və Kərəm” . Həqiqət halda Sitarə barəsində [Məmmədbağırın] belə, sonradan boşamaq fikri yoxdu. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|