
SONRALAR(I)zərf Bir hadisədən, əhvalatdan, işdən sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu. -Bu əhvalatı mənə sonralar anam danışmışdı. M.Rzaquluzadə. Qəzənfər sonralar Dürrənin ailəsinə böyük yardım göstərdi. S.Vəliyev. Əvvəllər kənd uşaqları “xan cığal olar” - deyə, [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu.
Paylaşın - Hamı bilsin
|