
SONSUZ1sif. Sonu, nəhayəti, axırı olmayan; hədsiz, bitməz-tükənməz. Sonsuz qayğı. Sonsuz boşluq. Sonsuz bir maraq. Sonsuz məhəbbət. - Bu bəxtiyar üzlərdə nə nadir yaraşıq var! Sonsuz sevinc doğurur işıqların yanması. R.Rza. Sən açdın beləcə son səhərini; Son səhər bir sonsuz gecəyə döndü. N.Xəzri.
Paylaşın - Hamı bilsin
|