İzahlı lüğət

SÖNÜK

sif. və zərf 1. Parlaq olmayan, parlamayan və ya çox az parlayan; parıltısız. Sönük işıq. - Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət. // məc. Solğun, ölgün, cansız. [Ay] da Vaqif kimi eşq yorğunu olaraq, təpələr arxasından sönük çöhrəsi ilə aləmə tamaşa edir. Çəmənzəminli. Lakin bu suala cavab olmayaraq, [Qasımın] sönük gözləri həmişəlik yumuldu. T.Ş.Simurq.
2. məc. Yekrəng, maraqsız, zəif. [Şair Ərəstun Şiraslana:] Sənətkarlıqla yazılmış balaca şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür. S.Rəhimov. [Rasim Yavərə:] Necə ola bilər ki, xırda və sönük əsərə müasir və yeni deyəsən? M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed