İzahlı lüğət

SORĞU, SORĞU-SUAL

is. Sual, sual etmə, verilən sual. Sorğuya qısa cavab vermək. - Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin sorğularına cavab verirdi. S.Rəhimov. [Azad:] Qoy xəbər verim, yoxsa sorğu-sualdan yaxamızı qurtara bilməyəcəyik. S.Rəhman. Səfiyyə sorğu-sualı uzatmamaq üçün tələsik ünvanı, hətta evin nömrəsini də deyib getməyə icazə istədi. H.Seyidbəyli. // Dindirmə, suallar vermə, soruşma, istintaq. □ Sorğu (sorğu-sual) etmək - soruşmaq, sual vermək. [Çiyələk] sorğu-sual eləmədi, lakin mahiyyətinə də enmədi. B.Bayramov. Sorğu-suala tutmaq dalbadal sual vermək, çox dindirmək, soruşmaq. [Malik] məsələni anlamaq üçün kim gəldi, sorğu-suala tuturdu. M.Ibrahimov. [Həkim:] [Ataşı] bu saat sorğu-suala tutmaq olmaz. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed