İzahlı lüğət

SORMAQ2

f. 1. Əmmək. Boynum qolunu dilər həvadan; Ləlim ləbini sorar səbadan. Füzuli. Uşaq iydən ürkən kimi olub başını buladı, lakin yenə də döşü tapıb sordu. M .İbrahimov.
Dil və dodaqların hərəkətilə konfet, qənd və bu kimi şeyləri ağzında yavaş-yavaş əridərək yemək. Monpası sormaq. Nabat sormaq. - [Mustafa] haradansa tapdığı çay daşını durmadan sorurdu. S.Vəliyev.
Bax sovurmaq. Dağ üstə boran gəlir; Qarları soran gəlir. Atın dördnala çapır; Arxamda duran gəlir. (Bayatı).
□□ Qanını (şirəsini) sormaq - bax qanını sormaq (“qan” da). ..Mir Yəhya ağalar avam qardaşlarımızın canına daraşıb .. qanlarını sorurlar. C.Məmmədquluzadə. Nə qədər ki, [mülkədarlar] yaşayırlar, sizin şirənizi soracaqlar. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed