
SÖVQİ-TƏBİİis. [ər.] bax instinkt. Əlbəttə, burada sövqi-təbiinin də qüvvətli bir amil kimi böyük rolu vardı. Ə.Əbülhəsən. [Süleyman] əlində yalın xəncər durmuş Nüsrəti görərkən bir sövqi-təbii ilə tez Həmidin yatağına doğru atıldı və elə bu anda Nüsrət də Həmidə sarı cumdu. Ə.Məmmədxanlı. Ancaq [Kamalın] əlləri, ayaqları ona tabe olmur, sövqi-təbii ilə bu ölüm təhlükəsindən çəkinirdi. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|