İzahlı lüğət

SOVURMAQ

f . 1. Havaya atmaq, sovurucu maşın vasitəsilə dəni samandan, zibildən təmizləmək. Bir azdan Dəmirov şana ilə taxılı sovurmağa başladı. S.Rəhimov. ..Döyülən taxılı sovururdular. Ə.Əbülhəsən.
Havaya qaldırmaq, səpələmək, dağıtmaq. Hərdən külək qalxır, yerdən qarı qapıya sovurur; Gəlib-gedən insanların üz-gözünü qovurur. A.Səhhət. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.
məc. Hədər yerə, boş-boşuna xərcləmək, puç etmək; israfçılıq etmək.
məc. Yağdırmaq, demək. [Qorxmaz Dönməzə:] Bir gün böyük bir izdihamın səni söyərək, lənətlər sovuraraq, səni daşladığını gördüm. C.Cabbarlı. [Rauf:] Evi [vaxtında] boşaltmadığı üçün biçarəni alçaqcasına təhqir etmiş, ağzına gələni sovurmuş. H.Cavid.
□□ Yelə sovurmaq - heç eləmək, puça çıxartmaq. [Atabala:] ..Çox müstəbidin ocağını söndürüb yelə sovurmuşdu. A.Şaiq. Külünü göyə (ərşə) sovurmaq - bax sovurmaq. [Nizami:] Mən Əxi Fərruxun fikirləri üzərində böyük və qiymətli əsərlər yazmışdım, lakin onları sizin kürəkəniniz Atabəy Məhəmməd məhv etdirdi, onların külünü göyə sovurdu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

S

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed