İzahlı lüğət

SOXMAQ

f . 1. Bir şeyin altına, içərisinə, arasına və ya dalma qoymaq, daxil etmək; dar bir yerin içinə qoymaq. Parçanı dolaba soxmaq. - [Qız] məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. M.S.Ordubadi. Döşəyini söküb paketi yunların arasına soxdu. H.Nəzərli. // Zorla soxmaq, dürtmək. Dadaşım məni qalağın içinə soxandan sonra özü də başını uzatdı içəri.. C.Məmmədquluzadə. □ Özünü soxmaq - zorla girməyə çalışmaq, özünü təpmək, dürtmək, girmək, soxulmaq. Bir bəhanə gətirməklə özünü o arvad, qız olan məhəlləyə soxardı. R.Əfəndiyev. [Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli.
Salmaq. Əlimi hinə soxub suyun içindən cücələrin cəmdəklərini bir-bir çıxartdım. A.Şaiq. [Əşrəf] əlini sürətlə cibinə soxaraq təhdidamiz: - Musa! - qışqırdı. H.Cavid.
Batırmaq, saplamaq, keçirmək. Elə bil qıçıma şiş soxdular.
Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: baş soxmaq, gözə soxmaq, burun soxmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed