
SÖYKƏNƏCƏKis. 1. Divanda, stulda, skamyada və s.-də kürəyi söykəmək üçün dayaq. [Qadın] yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə saldı. Ə.Əbülhəsən. Qoşqar kürəyini stulun söykənəcəyinə verib, başını sinəsinə əydi. I.Hüseynov.
2. məc. Dayaq, istinadgah, arxa, kömək, himayəçi. [Səlimi] bir yol axtarmalı idi. Özünə söykənəcək tapmalı idi. M.Ibrahimov. Atalar oğul istər ki, qocalıqda söykənəcəkləri olsun. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|