İzahlı lüğət

SÖYLƏNMƏK

1. qayıd. Öz-özünə danışaraq bir şeydən şikayətlənmək; deyinmək, donquldanmaq. Pərdə açıldıqda Qulu otağı süpürərkən öz-özünə söylənir. S.S.Axundov. Hər kəs qonşuluğundakı tiryəki kişinin arxasınca deyib söylənirdi. S.Hüseyn. Üç-dörd qadın oturub əllərini ölçə-ölçə nə isə söylənirdi. Ə.Vəliyev.
2. məch. Deyilmək, danışılmaq. Bütün dağlar arasında Iskəndər bəyin adı söylənirdi. igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev. Söylənir haqqında uzun dastanlar; Deyirlər bitməzmiş onda bostanlar. H.K.Sanılı. Çingiz rəsmən Həsənin yanında söhbətlərə qarışmırdısa da, bunun əleyhinə söylənənlərin hamısına şərik idi. Çəmənzəminli.
söylənə-söylənə zərf Deyinə-deyinə, donquldana-donquldana, öz-özünə danışadanışa. Söylənə-söylənə çıxıb getdi. Söylənəsöylənə iş görmək. - Pası söylənə-söylənə hövl ilə dönüb, o biri otağa keçdi. S.Rəhimov. Səhərlər xalam söylənə-söylənə məni oyadır, durub könülsüz halda dərsə gedirdim. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

SU

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed