İzahlı lüğət

SOYMAQ

f . 1. Hər hansı bir şeyin üst qabığını, dərisini çıxartmaq, yapışdığı yerdən qoparmaq, aralayıb götürmək. Alma soymaq.
It yetib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü. Çəmənzəminli. Arvad soyduğu kartofu bir yana qoyub təəccüblə Qəribova yaxınlaşdı. S.Rəhman. // Kəsilmiş heyvanın dərisini çıxartmaq. Qoyun soymaq.
Aşpazlar erkəkləri soyub dərilərini çevirməkdə idilər. Ə.Vəliyev.
2. məc. Bütün var-yoxunu əlindən almaq; çapmaq, talamaq. [Murov Hacı Qaraya:] Bəs sən Əylis ermənilərini soyub, ipəklərini aparanların yoldaşı deyilsən? M.F.Axundzadə.
□□ Dərisini soymaq - bax dəri. [Mirzə Hüseyn Nərimana:] Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Ə.Haqverdiyev. Soyub soğana döndərmək - bax soğan kimi (qabığını) soymaq. [Böyük oğul:] Həkimlərdə o təqsir var ki, əlinə azarlı keçəndə soyub soğana döndərirlər. Qantəmir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed