
SOYUQQANLIsif. və zərf 1. Hər cür şəraitdə özünü sakit, səbirli, təmkinli, dözümlü apara bilən. Soyuqqanlı olmaq. - Çox mülayim və soyuqqanlı danışan Imran kişinin hər sözü [Hümmətəlinin] ortasından qılınc kimi keçirdi. M.Hüseyn. Bayraqcıqlarla tülkü və qurd ovuna çıxarkən, ovçu soyuqqanlı və cürətli, mahir iztapan olmalıdır. M.Rzaquluzadə. [Qoşqar Əmirliyə:] Düz bir ildir mən bu aparatda işləyirəm. Bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız. İ.Hüseynov.
2. Qanısoyuq, xoşagəlməz, sevimsiz, ürəyəyatmaz. Çox soyuqqanlı adamdır. Paylaşın - Hamı bilsin
|