
SÖYÜŞis. Nalayiq, qaba, təhqirli söz(lər). Bu söz Qurban üçün söyüşdən də pis oldu. T.Ş.Simurq. Hacı Aslan söydükcə qızışır, qızışdıqca söyüşünü qəlizləşdirirdi. S.Hüseyn. □ Söyüş söymək - qaba, nalayiq, təhqiredici sözlər söyləmək. Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsilə ağır bir sillə vurdu. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|